
03 mart 2024, 18:00
Nordportalstraße 2, Wien 1020, Österreich
📚Mart ayının 3-də Vyanada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi təşkilatçılığı ilə hər ay keçirilməsi nəzərdə tutulan azərbaycan dilində ilk kitab klubu təşkil olunub.
📍Klubun üzvləri tərəfindən bir ay boyunca oxunulan Rövşən Abdullaoğlunun “Arxadakı körpüləri yandırın” kitabı müzakirə edilib. Kitabın təhlili zamanı klubun moderatoru Sahilə Rzazadə iştirakçılara suallar verərək, onların kitabda təsvir olunan obrazlar və ya situasiyalar barədə fikirlərini öyrənib.
🫖Müzakirələr zamanı iştirakçılar üçün şirin çay süfrəsi təşkil olunub.
📖Gələn görüş üçün Robert Qrinin azərbaycan dilinə tərcümə edilmiş “Hakimiyyətin 48 qanunu” kitabı oxumaq və müzakirə üçün seçilib.
📝Kitab klubunda iştirak etmək istəyən hər kəs bizə müraciət edərək, klubumuza qoşula bilər.



