top of page

26 Oktyabr 2024, 18:00
Schlachthausgasse 20, Vyana 1030, Avstriya

📚Oktyabr ayının 26-da Vyanada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi tərəfindən yaradılan kitab klubunun 5-ci görüşü keçirilib.


📍Klubun üzvləri tərəfindən 4 həftə boyunca oxunulan Etel Lilian Voyniçin möhtəşəm “Altmilçəyi”(OVOD) əsəri müzakirə və təhlil olundu. Kitabın təhlili zamanı klubun moderatoru Sahilə Rzazadə iştirakçılara suallar verərək, onların kitabda təsvir olunan obrazlar və ya situasiyalar barədə fikirlərini öyrənib.

🫖Müzakirələr zamanı iştirakçılar üçün şirin çay süfrəsi təşkil olunub.

📖Gələn görüş üçün oxunulacaq kitab 2 gün sonra kitab klubunun qrupunda səs vermə əsasında seçiləcək.

📝Kitab klubunda iştirak etmək istəyən hər kəs bizə müraciət edərək, klubumuza qoşula bilər!

bottom of page