top of page

11 May 2024, 19:00
Nordportalstraße 2, Wien 1020, Österreich

📚May ayının 11-də Vyanada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi tərəfindən yaradılan kitab klubunun 4-cü görüşü keçirilib.
📍Klubun üzvləri tərəfindən 3 həftə boyunca oxunulan Con Steynbekin “Sıçanlar və insanlar” kitabı müzakirə və təhlil olundu. Kitabın təhlili zamanı klubun moderatoru Sahilə Rzazadə iştirakçılara suallar verərək, onların kitabda təsvir olunan obrazlar və ya situasiyalar barədə fikirlərini öyrənib.
🫖Müzakirələr zamanı iştirakçılar üçün şirin çay süfrəsi təşkil olunub.
📖Gələn görüş üçün seçilən kitab 2 gün sonra elan olunacaq.
📝Kitab klubunda iştirak etmək istəyən hər kəs bizə müraciət edərək, klubumuza qoşula bilər.

bottom of page