top of page

21 mart 2024-cü il, saat 18:00
Nordportalstraße 2, Vyana 1020, Avstriya
📚Mart ayının 21-i Vyanada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi tərəfindən yaradılan kitab klubunun 2-ci görüşü keçirilib.
📍Klubun üzvləri tərəfindən 2-3 həftə boyunca oxunulan Robert Grinin “Hakimiyyətin 48 qanunu” kitabının ilk 16 qanunu müzakirə edilib. Kitabın təhlili zamanı klubun moderatoru Sahilə Rzazadə iştirakçılara suallar verərək, onların kitabda təsvir olunan obrazlar və ya situasiyalar barədə fikirlərini öyrənib.
🫖Müzakirələr zamanı iştirakçılar üçün şirin çay süfrəsi təşkil olunub.
📖Gələn görüş “Hakimiyyətin 48 qanunu” kitabının qalan 32-i qanunu müzakirə olunacaq.
📝Kitab klubunda iştirak etmək istəyən hər kəs bizə müraciət edərək, klubumuza qoşula bilər.



1/2
bottom of page